AZ

Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlər: Hər iki tərəfdən onlarla itki var

Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlər: Hər iki tərəfdən onlarla itki var

Əfqanıstan və Pakistan sərhədində hərbi gərginlik qanlı toqquşmalara çevrilib.

Pakistanın "Media Today" portalının güc strukturlarına istinadən yaydığı məlumata görə, döyüşlər zamanı ən azı 22 Əfqanıstan hərbçisi həlak olub. Pakistan ordusunun əməliyyatlarda atıcı silahlarla yanaşı, artilleriya və zərbə pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi bildirilir.

Öz növbəsində, Əfqanıstan tərəfi qarşı tərəfin daha ağır itkilər verdiyini bəyan edib. "TOLO News" telekanalına danışan "Taliban" hökumətinin rəsmisi Zabihulla Mücahid toqquşmalar nəticəsində 40-a yaxın Pakistan hərbçisinin məhv edildiyini, bir neçəsinin isə əsir götürüldüyünü vurğulayıb.

Xatırladaq ki, rəsmi Kabil bu hərbi əməliyyatları Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq başladığını bəyan edib. Son məlumatlara görə, Əfqanıstan qüvvələri Pakistanın 15-ə yaxın sərhəd postunu sıradan çıxarıb. Bölgədə gərginlik artmaqda davam edir.

Seçilən
10
afn.az

1Mənbələr