AZ

Cəlilabad sakinini Bakıda maşın vuraraq öldürdü

Cəlilabad rayon sakini yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə paytaxt Bakı ərazisində baş verib.
 

Belə ki, Cəlilabad rayon sakini Cavid Qəniyev yolu keçərkən onu avtomobil vurub.


Ağır xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
1
bizim.media

1Mənbələr