AZ

Zimbabvenin ixrac qadağası litium bazarında qiymət artımına səbəb olub

ain.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 26 fevral, AZƏRTAC

Dünyada litium istehsal edən şirkətlərin səhmləri bahalaşıb. Bu, dünyanın əsas litium ehtiyatlarına malik olan Zimbabvenin xammal ixracını dayandırmasından sonra baş verib.

AZƏRTAC “Bloomberg Şərq” agentliyinə istinadla xəbər verir ki, bu qərar batareya sənayesində əsas xammal hesab olunan litium üzrə qlobal təchizat çatışmazlığı ilə bağlı narahatlıqları gücləndirib.

Quançjou Əmtəə Birjasında litium karbonat əqdləri bu gün yerli vaxtla saat 11:21-də 5,4% artaraq bir ton üçün 177 min yuan (25 856 ABŞ dolları) səviyyəsinə yüksəlib. Eyni zamanda, Çindən Avstraliyaya və Amerika qitəsinə qədər litium istehsalçısı olan şirkətlərin səhmləri də kəskin bahalaşıb.

Zimbabve çərşənbə günündən etibarən litium konsentratlarının ixracını dayandırıb. Bu addım yerli emalın gücləndirilməsi və qeyri-qanuni ixracatın qarşısının alınması məqsədi daşıyır.

Mədən naziri Polayt Kambamura bildirib ki, ixrac icazələri yalnız qüvvədə olan mədən lisenziyası və təsdiqlənmiş emal imkanları olan şirkətlərə veriləcək.

ABŞ Geoloji Xidməti məlumatına görə, adı çəkilən Afrika dövləti ötən il dünyada mədənlərdən çıxarılan litium istehsalının təxminən 10%-ni təşkil edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
azertag.az

2Mənbələr