AZ

İRAN ABŞ ın TƏKLİFİNİ RƏDD ETDİ: Bu, heç vaxt olmayacaq Cenevrədə danışıqlar başa çatdı, növbəti görüş yeri müəyyənləşdi

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran nümayəndə heyətləri arasında İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarının üçüncü raundu yekunlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflərin anlaşmasına əsasən, 4-cü raund görüşləri Avstriyanın Vyana şəhərində keçiriləcək.

Bu barədə İran-ABŞ danışıqlarına vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi jurnalistlərə açıqlanma verib.

Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Bu gün danışıqları başa vurduq. Həm ABŞ, həm də İran tərəfi öz rəhbərləri məsləhətləşmələrdən qısa müddət sonra danışıqları bərpa edəcəyik. Texniki səviyyəli müzakirələr gələn həftə Vyanada keçiriləcək. Danışıqları aparanlara, Beynəlxalq Atom Enerjisi Agentliyinə və ev sahibi olan İsveçrə hökumətinə səylərinə görə təşəkkür edirəm".

İran dövlət televiziyasının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə İranın zənginləşdirilmiş nüvə materiallarının xaricə köçürülməsi məsələsi də müzakirə olunub: "Lakin İran tərəfi bu təklifi qətiyyətlə  rədd edib. Belə bir addımın atılmayacaq. Üstəlik, Tehran administrasiyası  sanksiyaların ləğvi məsələsini xüsusi olaraq qaldırıb. Hesab edirik ki, iqtisadi sanksiyaların ləğvi danışıqların əsas mövzularından biridir...".

Tahir Şəlvəli

MİA.AZ

***

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
mia.az

1Mənbələr