AZ

Nvidia şirkətinin gəliri 68 milyard dolları ötdü

ABŞ-də yerləşən Nvidia şirkətinin gəliri bu rübdə 68,1 milyard dollara çatıb. Metbuat.az xəbər verir ki, bu əvvəlki dövrlərlə müqayisədə 73% artım deməkdir. Məlumata görə, şirkətin gəliri bazar gözləntilərini aşıb. Bildirilir ki, bundan əvvəlki rübdə Nvidia şirkəti 39,3 milyard dollar qazanıb. Əvvəlki dövrlə müqayisədə şirkətin gəliri 20% artıb. Bazar gözləntiləri Nvidia şirkətinin bu dövrdəki gəlirinin 65,56 milyard dollar olacağı idi.

Qeyd edək ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar olaraq qeydə alınıb.

Seçilən
17
metbuat.az

1Mənbələr