Hillari Klinton Epşteynin cinayətlərindən xəbərsiz olduğunu iddia edir.
"Unikal" xəbər verir ki, keçmiş dövlət katibi Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verib.
"Onların cinayətkar fəaliyyətlərindən heç xəbərim yox idi. Cənab Epşteynlə görüşdüyümü xatırlamıram. Heç vaxt onun təyyarəsində uçmamışam və ya adasına, evinə və ya ofislərinə baş çəkməmişəm", - deyə Klinton bildirib.
Cefri Epşteynin yanında bir neçə dəfə şəkli çəkilən Bill Klintonun cümə günü ifadə verməsi planlaşdırılır.