AZ

Cenevrədə İranla bağlı danışıqlar başa çatıb - Yenilənib

ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".

Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyinə görə İsveçrəyə təşəkkür edib.

***

Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb. Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.

Görüş İranın nüvə sənədinə həsr olunub.

Seçilən
4
anews.az

1Mənbələr