UEFA Çempionlar Liqasında həftənin rəmzi yığmasının heyətini açıqlayıb. “Yuventus”la səfər oyununda ümumilikdə pis təsir bağışlayan “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenə də həmin yığmada yer tapılıb: qapıçı – Yan Oblak (Atletiko); müdafiəçilər – Davide Zappakosta (Atalanta), Odin Bertuft (Bude/Qlimt), Edmon Tapsoba (Bayer-04), Ueston Makkenni (Yuventus); yarımmüdafiəçilər – Orelyen Çuamenu (Real), Sandro Tonali (Nyukasl); hücumçular – Xviça Kvaratsxeliya (PSJ), Yens Hauqe (Bude/Qlimt), Viktor Osimhen (Qalatasaray), Aleksandr Sörlot (Atletiko). “Brügge” ilə oyunda het-trik edən Sörlot həm də həftənin oyunçusu sayılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta