AZ

Pakistan Əfqanıstan qüvvələrini geri çəkilməyə məcbur edib

“Pakistan öz ərazi bütövlüyünü təmin etmək və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Teleradio Yayımı Nazirliyi “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib.

Qurumun məlumatına görə, Əfqanıstan tərəfi geri çəkilməyə məcbur edilib. Bildirilir ki, Əfqanıstan ordusu “dərhal və effektiv cavab” alıb.

Nazirliyin açıqlamasına əsasən, hazırda toqquşmalar Çitral, Xeybər, Mohmand, Kurram və Bacaur zonalarında davam edir.

Bəlucistan əyalət hökumətinin informasiya naziri Yan Açakzay “X” sosial şəbəkəsində bildirib ki, Pakistan Silahlı Qüvvələri Əfqanıstana məxsus dörd blokpostu məhv edib.

Daha əvvəl yayılan məlumata görə, Əfqanıstan qüvvələri Pakistanın 15 sərhəd məntəqəsini məhv edib.

Seçilən
21
konkret.az

1Mənbələr