AZ

Rumıniyada zəlzələ oldu



Rumıniyada zəlzələ olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rumıniya Milli Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, Rumıniyanın Vrança seysmik zonasında, Vrança qraflığında (Rumıniyanın şərqi) 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Focsani, Buzau, Sfantu Gheorghe, Barlad, Bacau və Brasov şəhərlərində də hiss edilib.

Yeraltı təkanlar 107,9 km dərinlikdə qeydə alınıb. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Bu, Rumıniyada son bir ildə baş verən ən güclü zəlzələdir. 2025-ci ildə ölkədə hər ikisi 4,4 bal gücündə olan iki zəlzələ olmuşdu.

Qeyd edək ki, Rumıniya seysmik aktivliyin artdığı bir ölkədir və burada müntəzəm olaraq təkanlar baş verir.

Süleyman
Seçilən
20
newscenter.az

1Mənbələr