AZ

İran uran ehtiyatlarını xaricə verməkdən İMTİNA ETDİ

İran nüvə sazişi üzrə ABŞ-ın əsas tələblərini rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

İran İslam Respublikası ABŞ-nin nüvə sövdələşməsi ilə bağlı irəli sürdüyü əsas şərtləri qəbul etməyib.

Nəşrin yazdığına görə, rəsmi Tehran əlində olan zənginləşdirilmiş uran ehtiyatlarını xaricə təhvil verməkdən qəti şəkildə imtina edib.

Bundan əlavə, Tehran tərəfi uranın zənginləşdirilməsinin dayandırılmasına, mövcud nüvə obyektlərinin sökülməsinə və öz nüvə proqramına müddətsiz məhdudiyyətlərin qoyulmasına qarşı çıxıb.

Məlumata görə, İran bu tələbləri ölkənin suverenliyinə və strateji maraqlarına zidd hesab edir.

Bu mövqe Vaşinqton və Tehran arasında davam edən diplomatik prosesdə gərginliyi yenidən pik həddə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr