AZ

Azərbaycanda hamı bəh bəhlə yeyir Bağırsaq xərçəngi riskini xeyli azaldırmış

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son araşdırmalar göstərir ki, qatıq bağırsaq sağlamlığına müsbət təsir göstərir və müəyyən növ xərçəng riskini azalda bilər.Demokrat.az xəbər verir ki, gündə ən azı iki porsiya qatıq istehlakı xüsusilə bağırsağın başlanğıc hissəsi olan proksimal kolonda xərçəng riskini təxminən 20 faiz azalda bilər.Araşdırmalara görə, qatıq tərkibindəki bifidobakteriya və digər faydalı probiotiklər bağırsaq mikrobiotasını tarazlayır, iltihabi prosesləri zəiflədir və zərərli toksinlərin hüceyrələrə təsirini azaldır. Bu da toxuma mühitində xərçəng hüceyrələrinin inkişafına qarşı müəyyən qoruyucu rol oynaya bilər.Qatıq həm də zəngin qida dəyərinə malikdir. Protein və kalsium baxımından üstün olan məhsul bağırsaq florasını dəstəkləyir, həzmi asanlaşdırır, qəbizlik riskini azaldır, immunitet sistemini gücləndirir. Bundan əlavə, uzun müddət toxluq hissi yaratdığı üçün aralıq qəlyanaltılarını azaltmağa kömək edir, sümük və diş sağlamlığının qorunmasına töhfə verir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr