Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyə proqramını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə BVF-nin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə şura 8,1 milyard dollar məbləğində "Genişləndirilmiş Fond Mexanizmi çərçivəsində yeni 48 aylıq proqram"ı təsdiqləyib. Bu vəsaitin 1,5 milyard dolları dərhal Kiyevə veriləcək.