AZ

İtaliyada məhkəmə süni intellektin tövsiyəsi əsasında işdən çıxarmanı qanuni sayıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Roma məhkəməsi korporativ yenidənqurma çərçivəsində süni intellekt alətlərindən istifadə edilən proses zamanı əməkdaşın işdən çıxarılmasını qanuni hesab edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşrinə istinadən məlumat verilib.

Bu qərar İtaliya məhkəmə təcrübəsində süni intellekt texnologiyalarının əmək mübahisəsində birbaşa yer aldığı ilk qərarlardan biri sayılır.

Məsələ kibertəhlükəsizlik şirkətində çalışan qrafik dizaynerlə bağlı olub. İqtisadi çətinliklər fonunda müəssisə bir sıra funksiyaları mərkəzləşdirərək restrukturizasiya aparıb və proseslərin optimallaşdırılması üçün texnoloji həllər tətbiq edib. Nəticədə əməkdaşın vəzifəsi ləğv edilib və o, "əsaslandırılmış obyektiv səbəb" ilə işdən azad olunub.

Məhkəmə işəgötürənin mövqeyini dəstəkləyərək real iqtisadi və təşkilati səbəblərin mövcudluğunu, yenidənqurma ilə iş yerinin ləğvi arasında birbaşa əlaqəni, həmçinin əməkdaşın başqa vəzifəyə keçirilməsinin mümkün olmadığını qeyd edib. Eyni zamanda vurğulanıb ki, süni intellekt işdən çıxarılma üçün müstəqil hüquqi əsas deyil, yalnız biznesin səmərəliliyini artırmaq üçün istifadə olunan alət kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr