AZ

BMT Əfqanıstan və Pakistanı dialoqa çağırıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 fevral, AZƏRTAC

BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Folker Türk insan tələfatı ilə nəticələnən sərhədyanı toqquşmalar və hava zərbələri fonunda Əfqanıstan ilə Pakistan arasında siyasi dialoqa çağırıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) məlumatına görə, 2025-ci ilin son üç ayı ərzində ölkədə 70 mülki şəxs həlak olub, 478 nəfər yaralanıb.

“Vəziyyət növbəti eskalasiyanı deyil, təcili siyasi dialoqu tələb edir. Bu həftə yenidən itkilər qeydə alınıb; hava zərbələri nəticəsində 13 mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb”, – deyə Folker Türk bildirib.

O vurğulayıb ki, insan hüquqlarının pozulması sülh və təhlükəsizlik üçün birbaşa və ciddi nəticələr doğurur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr