AZ

Mbappeyə irqçi hücum edən azarkeş bir il həbs cəzası ala bilər

Prokurorluq “Real Madrid”in hücumçusu Kilian Mbappeni irqçi şəkildə təhqir edən azarkeşə bir illik həbs cəzası və 2880 avro cərimə tələb edir.

İdman.Biz-in “Mundo Deportivo”ya istinadən məlumatına görə, hadisə 24 avqust 2025-ci ildə “Nuevo Carlos Tartiere” stadionunda “Los Blancos” və "Ovyedo" (3:0) arasında keçirilən matç zamanı baş verib.

Prokurorluq qeyd edir ki, fransız hücumçuya qarşı təhqir kameraya düşüb. Daha sonra görüntülər sosial mediada yerləşdirilib və cəmi bir neçə saat ərzində 300.000 baxış toplayıb.

Vurğulanır ki, azarkeş Mbappeni “Real Madrid” oyunçusu matçın 37-ci dəqiqəsində “Ovyedo”ya qol vurduqdan sonra təhqir edib.

İdman.Biz
Seçilən
38
1
idman.biz

2Mənbələr