Azərbaycan xalqı 34 il əvvəl çox böyük faciə ilə üzləşib.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyində keçirilmiş anım tədbiri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Səfir xatırladıb ki, Xocalı faciəsi zamanı 613 nəfər həyatını itirib, minlərlə insan yaralanıb: “Hələ də taleyi naməlum olan çoxlu sayda itkin insan var. Biz bu qətliamı o zaman da qınamışıq və bu gün də qınayırıq”, – deyə o vurğulayıb.
Tanju Bilgiç qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “Biz bir millət, iki dövlətik və hər zaman Can Azərbaycanın yanındayıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycan haradadırsa, biz də onun yanında olmağa davam edəcəyik”.