AZ

Uşaqları onun soyadından imtina edirlər

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Hollivudun əfsanəvi cütlüyü Ancelina Coli və Bred Pitt arasındakı münasibətlərin pozulması onların uşaqlarına da təsir edib.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün övladları atasının soyadını istifadə etməyi dayandıraraq, yalnız analarının soyadını daşımağa başlayıblar.

Ən son olaraq böyük oğulları Maddoks anasının yeni filmi “Couture”da rejissor köməkçisi kimi işləyərkən titrlərdə “Pitt” soyadını çıxarıb. Artıq filmin istehsal qeydlərində o, yalnız Maddoks Coli kimi göstərilir və əvvəlki “Coli-Pitt” soyadından tamamilə imtina edib.

Maddoks tək deyil. Cütlüyün digər uşaqları da oxşar addımlar atıb. Belə ki, Şiloh 18 yaşına çatdıqdan sonra rəsmi olaraq Şiloh Coli adını qəbul edib, Zahara kollecdə Zahara Marley Coli kimi tanınaraq, atasının soyadını istifadə etməyib, Vivyen “Broadway” müziklında yalnız Vivyen Coli adı ilə çıxış edib.

Beləliklə, Maddoks bu addımı atan dördüncü uşaq olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr