ABŞ-ın müharibə naziri Pit Heqset uçan naməlum obyektlər (UNO) və kosmik həyatla bağlı hökumət sənədlərinin məxfiliyinin ləğvi istiqamətində görülən işlərin gedişatı barədə danışıb.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Heqset Kolorado ştatında iki aerokosmik şirkətə baş çəkdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Digər suallarla yanaşı, ondan yadplanetlilər haqqında məlumatların açıqlanmasına görə məsuliyyət daşıdığını təsəvvür edib-etmədiyi soruşulub.
"Bu, qətiyyən mənim planlarımda yox idi", - deyə Pentaqon rəhbəri etiraf edib.
Şəxsən yadplanetlilərin varlığına inanıb-inanmadığı barədə suala Heqset "Görərik" cavabını verib. O əlavə edib ki, dərc olunmaq üçün hazırlanan materialları araşdırarkən həqiqəti özü də öyrənəcək. Onun sözlərinə görə, hələlik konkret müddət müəyyən edilməsə də, məlumatlar təqdim olunacaq.