AZ

14 ildən bir gələn ŞANS: 7 planet bir xəttə DÜZÜLƏCƏK

Bu şənbə nadir planetlər paradı baş tutacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Fevralın 28-də, şənbə günü səmada nadir astronomik hadisə — yeddi planetin paradı müşahidə olunacaq.

Həmin vaxt Merkuri, Venera, Saturn, Yupiter, Uran, Neptun və Mars bir xətt üzrə düzüləcək.

Planetlərin əksəriyyətini heç bir optik cihaz olmadan, adi gözlə görmək mümkün olacaq.

Bu nadir hadisəni izləmək üçün ən əlverişli vaxt gün batandan yarım saat sonra (təxminən saat 18:30-dan 19:30-adək) hesab edilir.

Qeyd edək ki, analoji planetlər paradı bir də 14 ildən sonra təkrarlanacaq.

Astronomiya həvəskarlarına bu unikal mənzərəni qaçırmamaq tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr