Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Moskva və Bakı AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmək niyyətindədir.
Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, rəsmi KİV-ə açıqlamasında bildirib ki, Rusiya 2024-cü ilin dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll etməyə sadiqdir: “Azərbaycan tərəfi başa düşür ki, bu məsələ ilə bağlı yüksək səviyyəli ikitərəfli təmaslar yaxın gələcəkdə də davam etdiriləcək”.
Zaxarova Azərbaycan XİN-nin başçısı Ceyhun Bayramovun təyyarə qəzası ilə bağlı Rusiyanın verdiyi vədləri yerinə yetirməli olduğu barədə bəyanatını şərh edərkən deyib:
“Rusiya qəza ilə bağlı bütün razılaşmaları yerinə yetirməyə hazırdır”.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.