AZ

26 milyon dolları stolun üstünə töküb, “istədiyiniz qədər götürün” dedi – VİDEO

Çində fəaliyyət göstərən “Henan Kuangshan Crane” şirkətinin sahibi Tsui Peicjun işçilərinə etdiyi jestlə bütün dünyada diqqət mərkəzinə düşüb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, şirkətin mərkəzində təxminən 26 milyon dollar nağd pul yerləşdirilib və işçilərə “Daşıya biləcəyiniz qədər götürün” çağırışı edilib.

Tədbirə təxminən 7000 işçi qatılıb və bəziləri minlərlə dollar götürüb.

Məlumata görə, bir nəfər təxminən 13 min dollar aparıb.

Şirkət rəhbəri daha əvvəl işçilərinə məişət texnikası və digər hədiyyələr təqdim etdiyini, lakin bu il birbaşa nağd pul verməyə üstünlük verdiklərini açıqlayıb.

“Bəzi insanlar niyə pulu bank hesablarına köçürmürük deyə soruşur. Amma məncə, bu, sadəcə rəqəmlərin özüdür”, - o, tənqidlərə cavab olaraq bildirib.

Qeyd edilib ki, bu, Peicjunun işçilərinə etdiyi ilk səxavətli jest deyil. Ötən ilin mart ayında Beynəlxalq Qadınlar Günü münasibətilə şirkətin 2000 qadın işçisinə ümumilikdə təxminən 230 min dollar bonus paylanmışdı. 

Bizim.Media 

Seçilən
11
bizim.media

1Mənbələr