AZ

Bakıda yol qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan qadın xilas edildi (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəpaytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.

Bu barədə Trend-əFHN-dən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerindəəməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai"markalı minik avtomobilinin yol kənarında park edilmiş yükavtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib vəminik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətlərialaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılıvəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi iləvətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızınıxilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Seçilən
14
7
az.trend.az

8Mənbələr