AZ

Olivye Jiru Avropa Liqasının tarixinə düşdü

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Lill"in hücumçusu Olivye Jiru Avropa Liqasının tarixində pley-off matçında qol vuran ən yaşlı oyunçu oldu. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" statistik portalı məlumat yayıb.

Fransa ilə dünya çempionatının qalibi olan hücumçu 39 yaş 149 günlüyündə olan "Srvena Zvezda"ya qarşı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun dördüncü dəqiqəsində adını tabloya yazdırıb. 

Qeyd edək ki, əvvəlki rekord Edin Dzekoya məxsus idi (38 il 333 gün).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sport24.az

1Mənbələr