AZ

Ford 4 milyon 380 min avtomobili geri çağırır

Marja.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın avtomobil istehsalçısı Ford, proqram təminatındakı xəta səbəbindən ümumilikdə 4 milyon 380 min 609 ədəd avtomobili geri çağırdığını açıqlayıb.

Marja xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası (NHTSA) tərəfindən verilən məlumata görə, geri çağırma 2022–2026 model Ford F-250 SD, 2026 model Ford E-Transit, 2022–2026 model Lincoln Navigator, 2022–2026 model Ford Expedition, 2022–2026 model Ford Maverick, 2024–2026 model Ford Ranger və 2021–2026 model Ford F-150 avtomobillərini əhatə edir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Açıqlamada bildirilib ki, geri çağırma avtomobillərdəki elektron idarəetmə blokunun (inteqrə olunmuş qoşqu modulu (Integrated Trailer Module – ITM) və ya idarəetmə mərkəzinin) proqram təminatında aşkarlanmış xəta ilə bağlıdır. Sözügedən xəta nəticəsində blokun avtomobillə əlaqəni itirə biləcəyi qeyd olunub.

Bu nasazlıq stop işıqları və dönmə siqnallarının işləməməsinə səbəb ola bilər. Bundan əlavə, yüksək komplektasiyalı modellərdə əyləc funksiyası da sıradan çıxa bilər. Bildirilib ki, bu problemlər hərəkət təhlükəsizliyini risk altına qoyaraq qəza ehtimalını artıra bilər.

Qeyd edilib ki, Ford problemi pulsuz proqram yeniləməsi vasitəsilə aradan qaldıracaq.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
marja.az

2Mənbələr