BAKI, 27 fevral. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək.
Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 14:30-da start götürəcək.
Günün digər matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcək.
“Liv Bona Dea Arena”da təşkil ediləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək. Görüş baş hakim Rauf Cabarova həvalə edilib.
Qeyd edək ki, turun digər oyunları 28 fevral - 1 mart tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXII tur
27 fevral
14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu
18:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”.