AZ

Bu şəxslər də dövlət büdcəsi hesabına təhsil ala bilər

Bakı. Trend:

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərnəticəsində əlilliyi müəyyən edilən şəxslərin dövlət büdcəsihesabına ödənişli təhsil almaları təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Təhsil haqqında” Qanuna əsasən, dövlət, bələdiyyə və özəl alivə orta ixtisas təhsili müəssisələrində təhsil alan AzərbaycanRespublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaquruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vəAzərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyüuğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən vəməhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarınınAzərbaycanın təhsil müəssisələrində ödənişli əsaslarla təhsil(əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqıdövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Ombudsmanın məruzəsində yuxarıdakı maddəyə hərbi xidmətvəzifələrini (xidməti vəzifələrin) yerinə yetirərkən aldığıxəsarətlər, travma və yaralanma nəticəsində əlilliyi müəyyənedilmiş şəxslərin də əlavə edilməsi təklif edilir.

Həmçinin, yetkinlik yaşına çatmayan məhkumların, habelə xüsusiictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumlarınali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edəbilmələri üçün mexanizmin hazırlanması məqsədəuyğun hesabedilir.

Seçilən
28
6
az.trend.az

7Mənbələr