AZ

Artıq ödənilmiş pensiya məbləğinin tutulma müddəti 2 il azaldıla bilər

Bakı. Trend:

Artıq ödənilmiş pensiya məbləğinin pensiyaçıdan tutulması üçünnəzərdə tutulan müddətin azaldılması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıqödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halınmüvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlıolduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosialvəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əməkpensiyası və əmək pensiyasına əlavənin məbləğinin əməkpensiyaçısından tutulması üçün nəzərdə tutulmuş 3 illik müddətin 1ilə azaldılması təklif edilir.

Artıq ödənilmiş əmək pensiyasının və əməkpensiyasına əlavənin məbləğinin tutulması

Məlumat üçün bildirək ki, “Əmək pensiyaları haqqında” Qanunaəsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıqödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Artıqödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əməkpensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanınqərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

Yuxarıdakı abzasda göstərilmiş əsaslarla əmək pensiyasından vəəmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görətutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısınaödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq olabilməz. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulanməbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən azolduqda tam məbləğdə tutulur.

Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulanməbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əməkpensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.

Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasınaəlavənin verilməsi bu qanunla müəyyən edilmiş hallardadayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəməqaydasında qaytarılır.

Seçilən
15
3
az.trend.az

4Mənbələr