AZ

Paşinyan Anna Akopyandan üzr istəyib: “30 il mənə dayaq oldu”

Paşinyan Anna Akopyandan üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat yayıb.

Ermənistanın hökumət başçısı həyat yoldaşı Anna Akopyanla yollarının ayrılması barədə xəbərlərə münasibət bildirib. O, Akopyanın birgə yaşayışa son qoymaq qərarına hörmətlə yanaşdığını vurğulayıb.

Paşinyan paylaşımında qeyd edib ki, Anna 30 il ərzində onun üçün sadiq bir həyat yoldaşı, əsl dəstək və dayaq olub. Lakin Baş nazir özü haqqında eyni sözləri deyə bilməyəcəyini etiraf edib. O, illər ərzində yaşanan incikliklərə görə Anna Akopyandan açıq şəkildə üzr istəyib.

Xatırladaq ki, bir qədər əvvəl Anna Akopyan Nikol Paşinyanla birgə həyatlarının sona çatdığını, hökumət iqamətgahını tərk etdiyini və kirayə mənzilə köçdüyünü elan etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr