AZ

Azərbaycanda internet tariflərinə yenidən baxılması təklif edilir

BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılması, habelə internet xidmətləri üzrə xərclərin real tariflərə uyğunlaşdırılması təklif olunur.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Bu çərçivədə, "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli qərarında dəyişikliklərin edilməsi zərurəti diqqətə çatdırılıb.

Təklifdə xüsusilə internet xidmətlərindən istifadə haqqının mövcud internet tarifləri (saatlıq tariflərin olmaması faktı) nəzərə alınmaqla yenidən müəyyənləşdirilməsi və həmin Qərara müvafiq düzəlişlərin edilməsi irəli sürülüb.

Seçilən
4
teleqraf.com

1Mənbələr