AZ

Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təklif

Bakı. Trend:

Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıilə bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik edilməsi təklifedilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşın ölkədən getmək hüququCinayət-Prosessual Məcəlləyə uyğun olaraq tutulduqda və yabarəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək,qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğvedilənədək müvəqqəti məhdudlaşdırıla bilər.

Ombudsmanın məruzəsində yuxarıdakı maddənin tələblərininCinayət-Prosessual Məcəllədə dəqiq prosessual mexanizmlərlə təsbitolunması və qeyd olunan sahədə funksional problemlərin aradanqaldırılması, bununla da həm şəxslərin sərbəst hərəkət hüquqununəsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizəorqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısınınalınması məqsədilə Cinayət-Prosessual Məcəlləyə zəruri əlavə vədəyişikliklərin edilməsi təklif edilir.

Seçilən
8
3
az.trend.az

4Mənbələr