AZ

İş yerlərində təkrar mobbinqə məruz qalan işçilərə səlahiyyət verilməsi təklif olunur

BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda iş yerlərində təkrar mobbinqə məruz qalan işçilərə səlahiyyət verilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Ombudsmanın təklifinə görə, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbinq)" adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi vacibdir.

Bundan əlavə, təklifə görə Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin İşçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalan işçilərə əmək müqaviləsinə birtərəfli qaydada ləğv edilməsi səlahiyyəti verilməlidir.

Xatırladaq ki, mobbinq şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilən psixoloji zorakılıqdır. Belə ki, mobbinq insanın hörmətsiz, alçaldıcı, təhqiramiz rəftar, hörmətsiz ittihamlara məruz qalması ilə başlayır. Mobbinqin davamında işəgötürən, qarşı tərəfin sosial nüfuzunun azaldılmasına yönəlmiş təcavüzkar bir mühit yaratmaqla, təhqir və istehza ilə işini tərk etməyə çağırır.

Seçilən
9
1
teleqraf.com

3Mənbələr