ain.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda qayda pozan sürücülərin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 26-da, paytaxtın Baksol yolunda qeydə alınıb. Belə ki, tıxac zamanı qabağa düşmək istəyən 77-QG-937 "Ford" markalı və 10-NL-629 qeydiyyat nişanlı "Qaz" markalı avtomobillərin sürücüləri bütöv xəttin tələbini pozaraq əks yola çıxıblar. Onlar axına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradıblar.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.