Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində kafedə partlayış baş verib.
APA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, partlayış beşmərtəbəli yaşayış binasına bitişik tikilidə yerləşən kafedə qeydə alınıb.
Partlayış nəticəsində yeddi nəfər həlak olub — ölənlər arasında 16 yaşlı qız da var.
Güclü səsdən sonra binada yanğın başlayıb.
Yanğının söndürülməsi zamanı xilasedicilər binadan səkkiz qaz balonunu çıxarıblar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ümumilikdə 26 nəfər xəsarət alıb. Onlardan 13 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub.