AZ

Azərbaycanda 60 yaşdan yuxarı işçilərin işdən çıxarılmasına qadağa təklif olunur

Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsində İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi müzakirəyə çıxarılıb.

Məruzədə 60 yaşdan yuxarı şəxslərlə bağlanmış əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsinin qadağan olunması təklif edilir.

Sənəddə qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən hamilə qadınların, üç yaşınadək uşağı olan və ya azyaşlı uşağı təkbaşına böyüdən valideynlərin, həmçinin əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi qadağandır.

Məruzədə əlavə olaraq dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar siyahısına daxil edilməsi də təklif olunur.

Təkliflərin qanunvericiliyə mümkün dəyişikliklər çərçivəsində qiymətləndiriləcəyi gözlənilir.

Gülnar Nazimqızı 

Seçilən
9
anews.az

1Mənbələr