AZ

Məhkumların xəstəliyə görə cəzadan azad edilməsi qaydası DƏYİŞDİRİLƏ BİLƏR

Məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi məsələsinə Ombudsmanın təqdimatı əsasında baxıla bilər.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əks olunub.
 

Sənəddə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı həmin Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunub.


Həmçinin, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissasini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə, habela Ombudsmanın vəsatəti əsasında baxılmasına dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliyin edilməsi də təkliflər sırasındadır.

Günay Şahmar, Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr