AZ

Şəmkirdə ağır QƏZA – Ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Dəllər Daşbulaq kəndində 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi "VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən piyada, 1974-cü il təvəllüdlü Cəfərov İmaməddin Həsən oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
16
bizim.media

1Mənbələr