AZ

Təbriz komandası İranda liderliyi ələ keçirdi

İran çempionatında 23-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, tur Cənubi Azərbaycan təmsilçisi "Traktor"un oyunu ilə start götürüb. 

Təbriz klubu tur çərçivəsində doğma meydanda “Gol Gohar” qarşılaşıb. Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub. Bu qələbə "qurdlar"ın Məhəmməd Rəbiinin rəhbərliyi altında çempionatdakı ilk uğuru olub. 

Beləliklə, vacib qələbə əldə edən “Traktor” 22 oyundan sonra xallarını 39-a çatdırıb və turnir cədvəlində liderliyə yiyələnib.

Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən “Esteqlal” və “Sepahan” 38 xalla (hər ikisi 21 oyun) 2-3-cü pillələri bölüşürlər.

Seçilən
2
1
fanat.az

2Mənbələr