AZ

Özbəkistanın üç şəhəri Asiyanın ən gözəl 30 şəhəri siyahısında

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın üç şəhəri - Səmərqənd, Buxara və Xivə beynəlxalq səviyyədə tarixi-turizm məkanı olaraq tanınıb.

Hafta.az yazır ki, Polşanın "National Geographic Traveler" jurnalı onları Asiyanın ən gözəl 30 şəhəri sırasına daxil edib.

Araşdırmanın müəllifi Özbəkistanın zəngin tarixi və mədəni irsini, Böyük İpək Yolu şəhərlərinin memarlıq cazibəsini xüsusilə vurğulayıb.

Səmərqənddə Registan ansamblı, Şahi Zində, Bibi Xanım məscidi və Əmir Teymurun məqbərəsi dünya səviyyəli memarlıq şah əsərləri kimi qeyd olunub. Eləcə də, Buxarada Ərk qalası və qədim mədrəsələr şəhərin dövlət ənənəsindəki əhəmiyyətini nümayiş etdirir, Xivədəki İçan-Kala kompleksi isə açıq hava muzeyi kimi yüksək qiymətləndirilir.

Turistlər üçün yaradılan şərait də yüksək qiymət alıb. Təhlükəsizlik, nəqliyyat infrastrukturu, xidmət keyfiyyəti və qiymət balansı Özbəkistanı müstəqil səyahət üçün uyğun bir məkana çevirir. Yerli əhalinin qonaqpərvərliyi də xüsusi vurğulanıb.

Seçilən
11
hafta.az

1Mənbələr