Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyandan ayrılıb.
News365.az xəbər verir ki, bu barədə Akopyan sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Paşinyanla yaşadığı hökumət bağını tərk edib.
Akopyan bildirib ki, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki onun aldığı ev hələ tikilmə mərhələsindədir.
Paşinyan isə sosial şəbəkə hesabında Akopyanın qərarına hörmətlə yanaşdığını bəyan edib:
"Son 30 il ərzində həyatımın ən çətin günlərində mənim yanımda idi. Anna dayağım və dəstəyim olub. Yəqin ki, mən Akopyana daha çox acı vermişəm, buna görə ondan üzr istəyirəm".
Qeyd edək ki, daha əvvəl Paşinyanın vətəndaş nikahında yaşadığı Akopyanla münasibətlərində yeni mərhələyə qədəm qoyulduğu haqda məlumatlar yayılmışdı.