Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə, “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Bu görüş 14:30-da başlayacaq. Daha sonra “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.
“Şamaxı” – “Neftçi” və “Qəbələ” – “Karvan-Yevlax” oyunları sabah, “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” görüşləri martın 1-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, 22-ci tur
27 fevral