AZ

Ukraynadakı müharibədə itkin düşən meyxanaçı Azərbaycanda axtarışda idi FOTO

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanın tanınmış meyxanaçılarından olan Vahid Qədimin Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü barədə iddia yayılıb.Sosial şəbəkədəki iddiada bildirilir ki, Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.Məlumatı hərbi bloger Tofiq Şahmuradov ictimailəşdirib.O bildirib ki, Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.Modern.az-ın məlumatına görə, Vahid Qədim hələ 2015-ci ildə Azərbaycanda axtarışa verilmişdi. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin o vaxtkı məlumatında bildirilirdi ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V.Səfərov axtarışa verilməzdən öncə Azərbaycanı tərk edərək Rusiyaya qaçmışdı.

O vaxtdan indiyədək Vahid Qədimdən səs-soraq yox idi...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
modern.az

1Mənbələr