AZ

Şamaxıda qadın öldürüldü: 17 yaşlı ögey oğlu tutuldu

Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətlə aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
far.az

1Mənbələr