AZ

İş yerində mobbinq və staja görə əlavə məzuniyyət: Milli Məclisdə YENİ TƏKLİFLƏR

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İşçiyə əmək stajına görə əlavə məzuniyyətin verilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb.

Təklif olunur ki, işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq dəyişikliklər edilməklə, işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə edilməsi təklif edilib.

Sənəddə qeyd olunur ki, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbing)" adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi təkliflər sırasında yer alıb.

Həmçinin təkliflər sırasında aşağıdakılar yer alıb:

- Əmək Məcəlləsinin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbing) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişikliyin edilməsi;

- 60 yaşdan yuxarı olan şəxslərin Əmək Məcəlləsinin 79-cu maddəsi (əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar) ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin və halların siyahısına daxil edilməsi.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
oxu.az

1Mənbələr