ABŞ-də Kolumbiya Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Elmina Ağayeva saxlanılıb.
"Unikal" Amerika KİV-lərinə istinadən xəbər verir ki, o və digər dörd tələbə universitetin şəhərciyində Daxili Təhlükəsizlik Departamentinin (DHS) agentləri tərəfindən saxlanılıblar. Məlumata görə, DHS əməkdaşları saxlanılan şəxslərin mənzildə axtarış aparıblar.

Qeyd olunur ki, Elmina Ağayeva saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Onun azad edilməsində Nyu-York meri Zöhran Məmdani rol oyanyıb. Belə ki, mer tələbənin saxlanılmasında bir neçəs saat sonra Vaşinqtonda Prezident Donald Trampla görüşü zamanı Ağayevanın azad edilməsini xahiş edib. Məmdani prezidentə və onun aparat rəhbərinə Nyu-Yorkda saxlanılmış daha dörd tələbənin siyahısını da təqdim edərək işlərinə xitam verilməsini istəyib. Daha sonra baş tutan telefon danışığında Tramp Ağayevanın “yaxın zamanda” azad ediləcəyini deyib.
Elmina Ağayevanın sərbəst buraxılma xəbərini universitet rəhbərliyi təsdiqləyib.
Bildirək ki, Azərbaycan vətəndaşı E. Ağayeva Kolumbiya Universitetinində Neyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır. O sonuncu kurs tələbəsidir. Həmçinin, Ağayeva sosial şəbəkədə populyar Instagram səhifəsi idarə edir.
Onun hansı səbəbdən saxlanılması isə açıqlanmayıb.
Gülayə Mecid