AZ

“FINCA Azerbaijan”ın maliyyə bazarındakı mövqeyi daha da güclənir

Bakı. Trend:

Kiçik addımlarla sürətli və davamlı inkişafa dorğuirəliləyən yol...

27 il əvvəl fəaliyyətə başlayan “FINCA Azerbaijan” Bank OlmayanKredit Təşkilatı (BOKT) ölkə üzrə cəmi bir neçə filialla təmsilolunurdu. Fəaliyyətinin ilkin mərhələsində Bakı və ətraf bölgələrdəkiçik həcmli mikrokreditlər təqdim edərək əsas diqqəti mikromaliyyəsektorunun inkişafına, kiçik sahibkarların və fərdi təsərrüfatlarınmaliyyə dəstəyinə yönəltmişdi.

Qısa müddət ərzində göstərilən xidmətlərin keyfiyyəti,məsuliyyətli və sosial yönümlü kredit siyasəti təşkilata güclümüştəri etimadı qazandırdı. 2000-ci illərin əvvəllərindən etibarənisə “FINCA Azerbaijan” dinamik inkişaf mərhələsinə qədəm qoydu. Buinkişaf təşkilatın öz fəaliyyətini genişləndirməsi ilə bərabər,eyni zamanda Azərbaycanda maliyyə inklüzivliyinin güclənməsi vəkiçik və orta sahibkarlığın inkişafı ilə müşaiyət olundu.

BOKT-un maliyyə bazarındakı mühümmövqeyi

Bu gün ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından birikimi tanınan “FINCA Azerbaijan”ın bazardakı mövqeyinimöhkəmləndirən əsas amillərdən biri də peşəkar kadr potensialı vəkorporativ idarəetmə prinsiplərinə sadiqliyidir. Şəffafhesabatlılıq, məsuliyyətli idarəetmə və beynəlxalq təcrübəyəəsaslanan yanaşma onu maliyyə bazarında etibarlı tərəfdaş kimimövqeləndirib.

Bütün bu faktorların vəhdəti “FINCA Azerbaijan”ı Azərbaycanmikromaliyyə sektorunun liderlərindən birinə çevirib və onu maliyyəbazarında sabit, güclü və sosial yönümlü qeyri-bank kredittəşkilatı kimi ön plana çıxarıb. Təşkilatın fəaliyyəti ölkəiqtisadiyyatına, xüsusilə regionlarda sahibkarlığın inkişafınaəhəmiyyətli töhfə verməyə davam edir.

Xarici investorlarla əməkdaşlıq

İstənilən maliyyə təşkilatının bazardakı nüfuzu, imici vəmaliyyə dayanıqlılığı yüksək müştəri xidmətləri ilə yanaşı, onunxarici investorlarla qurduğu davamlı əməkdaşlıqdan, maliyyəhesabatlarının şəffaflığından və uzunmüddətli təcrübəsindən dəformalaşır. “FINCA Azerbaijan” da bu prinsiplər əsasında fəaliyyətgöstərən maliyyə qurumlarındandır. Hazırda “FINCA Azerbaijan”beynəlxalq mikromaliyyə qrupu olan “FINCA Impact Finance”ın (FIF)tərkib hissəsidir. Bu üzvlük təşkilata beynəlxalq kapitala çıxış,xarici investorlarla davamlı əməkdaşlıq və qlobal maliyyətəcrübəsindən faydalanmaq imkanı yaradır.

Azərbaycanın kapital bazarındakıaktivliyi

Azərbaycan maliyyə bazarında etibarlılığı və güclü maliyyədayanıqlığı ilə seçilən “FINCA Azerbaijan”ölkənin maliyyəsistemində yalnız mikromaliyyə sahəsində deyil, eyni zamandakapital bazarının inkişafında da mühüm rol oynayan aparıcıqeyri-bank kredit təşkilatlarından biridir.

“FINCA Azerbaijan” ölkənin qiymətli kağızlar bazarının aktiviştirakçısı kimi çıxış edir. Təşkilat investorlar üçün cəlbedicigəlirlilik səviyyəsi təqdim edən – illik 15% gəlirliliklə istiqrazemissiyaları həyata keçirib.

Ümumilikdə, “FINCA Azerbaijan” həm mikromaliyyə sektorunda, həmdə ölkənin maliyyə və kapital bazarında etibarlı emitent vəetibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş aparıcı maliyyəinstitutlarından biri kimi tanınır.

Seçilən
9
3
az.trend.az

4Mənbələr