AZ

SOCAR 2025-ci ilin yekunlarına görə, "Moody’s"in "yüksələn ulduz" sıralarına daxil olub

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə neft-qazsektorunun altı “yüksələn ulduzu” sırasına daxil olub, yəni“Moody’s” agentliyindən investisiya reytinqi alan şirkətlərarasında yer alıb.

Trend xəbər verirki, agentliyin son hesabatına görə, 2025-ci ildə investisiyasəviyyəli statusu altı neft-qaz şirkəti əldə etmişdi vəbir şirkətisə bu statusu itirmişdi (“fallen angel”).

“Moody’s” bildirir ki, “TechnipFMC” plc şirkətinin reytinqi(Baa2, proqnoz stabil) 2025-ci ilin yanvarında borc yükününazalması, kapital strukturunun sadələşdirilməsi və sərbəst pulaxınının artması nəticəsində Baa3 səviyyəsinə müsbət proqnozlayüksəlib, sentyabr ayında isə Baa2 səviyyəsinə çatıb.

“Expand Energy Corporation” şirkətinin reytinqinin (Baa3, stabilproqnoz) artırılması borcun əhəmiyyətli dərəcədə azalmasını və dahamühafizəkar maliyyə siyasətinə sadiqliyi əks etdirir.

Agentlik həmçinin biznes miqyasının genişlənməsi və kreditgöstəricilərinin davamlı yaxşılaşması fonunda “DT Midstream” (Baa3,stabil) və “Vallourec” (Baa3, stabil) şirkətlərinin reytinqləriniyüksəldib.

“EnLink Midstream LLC” şirkətinin reytinqi isə onun ONEOK (Baa2,stabil) tərəfindən satın alınmasından sonra artırılıb.

“Moody’s hesabatında qeyd olunur ki, SOCAR-ın reytinqi (Baa3,stabil) Azərbaycanın suveren reytinqinin Baa3 səviyyəsinəyüksəlməsindən sonra artırılıb.

Xəbər yenilənir

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr