AZ

ADY Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Novruz bayramı ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Publika.az-a verilən məlumata görə, əlavə reyslər 21, 23, 25 və 28 mart tarixlərində təşkil olunacaq.

Həmin günlərdə sərnişinlər göstərilən istiqamət üzrə hər iki istiqamətdə səfər edə biləcəklər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Seçilən
29
2
publika.az

3Mənbələr