AZ

Deputat: Dövlət qulluğuna qəbul və tələbə təqaüdü sahəsində problemlər var

Dövlət qulluğuna qəbul və tələbə təqaüdü sahəsində problemlər var.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, dövlət qulluğuna qəbulda problem yaşanır: “Gənclərimiz imtahandan keçərək sertifikatlar əldə edirlər, ehtiyat kadr siyahısına daxil olurlar, amma, işlə təmin edilmirlər. Müsahibə mərhələsində onların hüquqları pozulur"

Naqif Həmzəyev qeyd edib ki, bir çox universitet tələbəsi imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiyini söyləyir. O, bu məsələnin araşdırılmasını da vacib sayıb.

Seçilən
9
1
apa.az

2Mənbələr