AZ

İspaniyanı çəyirtkələr BASDI: Turistlər TƏŞVİŞ İÇİNDƏDİR – VİDEO

İspaniyada çəyirtkə kabusu hökm sürür.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İspaniyada kütləvi çəyirtkə axını qeydə alınıb. Məlumata görə, həşəratlar əsasən ölkənin məşhur turizm zonalarına hücum ediblər.

Bu təbiət hadisəsinə səbəb kimi son vaxtlar bölgəyə düşən bol yağıntılar göstərilir.

Yağışlardan sonra Lansarote adasındakı tarlalar sıx bitki örtüyü ilə örtülüb ki, bu da minlərlə həşəratı həmin əraziyə cəlb edib.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət yaxın bir neçə gün ərzində də davam edəcək.

Hazırda yerli hakimiyyət orqanları zərərvericilərlə mübarizə və turistlərin rahatlığını təmin etmək üçün müvafiq tədbirlər görürlər.

Sakinlər və turistlər çəyirtkələrin yaratdığı narahatlıqla bağlı xəbərdar ediliblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr